AZ

Pəhrizlər xroniki xəstəliklərə səbəb olur? -  Diyetoloqdan açıqlama

Pəhrizlər Pəhrizlər xroniki xəstəliklərə səbəb olur? -

Son dövrlər aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir.

E-saglam.az xəbər verir ki, diyetoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, bu gün əksər qadınlar müxtəlif adda pəhrizlər saxlayır. Kimisi çörəyi, kimisi şirniyyatı menyudan çıxardır. Kimisə ancaq qatıq və ya su ilə qidalanır. Bütün bunlar istər-istəməz insanın  sağlığına təsir edir:

“Son zamanlar bəzi qadınlar arıqlamaq üçün qaynadılmış düyü istehlak edir. Düyü fol turşusu əldə etmək üçün əla üsuldur. Bir çox yeməklərdə düyü, yağsız ət və süd məhsulları, meyvə, qoz və tərəvəzdən istifadə olunması çox faydalıdır. Fol turşusu ürəyin infarkt xəstəliyi və beyin iflici də daxil olmaqla, ürək xəstəliklərində bir risk amili olduğu hesab edilən qanda homosisteinin azalmasına da yardım edir”.

E-saglam.az

Seçilən
0
1
e-saglam.az

2Mənbələr