AZ

Türk pilotu təyyarəni idarə edərkən səmada vəfat edib-FOTO

Türk Hava Yollarının pilotu 12 min metr yüksəklikdə təyyarəni idarə edərkən vəfat edib.

Azpost.info bildirir ki, hadisə ABŞ-ın Sietl şəhərindən İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarədə baş verib. Airbus A350 Qrenlandiya üzərində 11900 metr yüksəklikdə uçarkən təyyarənin kapitanı 59 yaşlı İlçehin Pehlivanın halı pisləşib. İkinci pilot təyyarəni döndərərək Nyu-Yorka enmək qərarına gəlib. Bütün bu müddət ərzində kapitanı özünə gətirməyə çalışsalar da, heç bir faydası olmayıb.

Nyu-Yorka endikdən sonra həkimlər təyyarədə Pehlivanın ölümünü qeydə alıb.Məlum olub ki, bu ilin mart ayında o, tibbi müayinədən keçib, səhhətində heç bir problem aşkarlanmayıb. Pilot 2007-ci ildən şirkətdə çalışırmış.

phrase_var_article.chosen
100
azpost.info

1phrase_var_article.sources