AZ

Brayan Moreno “Neftçi”dən göndərildi

Premyer Liqanın cari mövsümündə uğursuz çıxış edən “Neftçi” kolumbiyalı mərkəz hücumçusu Brayan Moreno ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Klub oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib. O, bu oyunlarda 4 qol vurub. Zədəli olduğu Morenonun onun adı cari mövsümdə “ağ-qaralar”ın iştirak ərizəsinə salınmamışdı.

Brayan Moreno “Neftçi”yə qədər Kolumbiyanın “Atletiko Uila” (2019-2021) və Bolqarıstanın ÇSKA (Sofiya, 2022-2023) klublarında çıxış edib.

Xatırladaq ki, “Neftçi” bir neçə gün öncə Lukas Melano ilə də yollarını ayırmışdı. Bu mövsüm keçirdiyi 9 oyunda cəmi 5 xal qazanmış, qələbəsi olmayan “ağ-qaralar” baş məşqçi Roman Qriqorçukla da vidalaşıb.

Seçilən
39
arena.az

1Mənbələr