AZ

Sabah bu ərazilərdə işıq olmayacaq

Oktyabrın 10-da Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Medianews.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri ETSİ-nə (Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
28
13
medianews.az

10Mənbələr