AZ

Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi

Image

“Qerar.az” saytının baş redaktoru həbs olunub. “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumatlar əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.

Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir. kapital bank vakansiya

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.





Seçilən
72
24
baki-xeber.com

10Mənbələr