AZ

Asif Yusifli Kamran Cəfərovla yeni təşkilat yaratdı

Bir neçə gün öncə AXCP Rəyasət Heyətindən istefa verən Asif Yusifli gənc diplomat Kamran Cəfərovla birlikdə "Seçkilərin Təşviqi Mərkəzi”ni təsis edib. 

Bu barədə Asif Yusifli məlumat verib. 

"Bu gün Azərbaycan reallıqları heç kim üçün sirr deyil. Bu reallıqlar bir gün içində ortaya çıxmayıb, uzun müddət ərzində mövcud siyasi rejimin idarəçiliyinin nəticəsidir. Hakimiyyətin ən böyük "uğuru”, başqa sözlə demokratik dövlət modelinə vurduğu ən böyük zərbə, administrativ resursdan istifadə edərək seçki institutunun sıradan çıxarılmasıdır", - deyə Asif Yusifli qeyd edib. 

O, seçki institutu ilə bağlı tezislərini də açıqlayıb: 
"Seçki nədir? Seçki-institut olaraq:
- Demokratik dövlətin onurğa sütunudur;
- Hakimiyyətin dinc dəyişməsini təmin edən institutdur;
- Siyasi mübarizənin əsas meydanıdır və s".
Asif Yusifli

"Əgər bu gün Azərbaycanda seçki institutu de-fakto məhv edilib və tamamilə aktuallığını itiribsə, bu o demək deyil ki, sabah da belə olacaq. Dünya qlobal geosiyasi dəyişikliklərin astanasındadır. Azərbaycan da bu proseslərdən kənarda qala bilməyəcək, baxmayaraq ki, hakimiyyət mövcud idarəçiliyini qorumaq üçün dəridən-qabıqdan çıxır", - deyə Yusifli vurğulayıb.
Kamran Cəfərov

O, ölkədə dəyişikliklərin də qaçılmaz olduğunu deyib: Bizim mesajımız ondan ibarətdir ki, Azərbaycanda köklü siyasi dəyişikliklər labüd və qaçılmazdır. Bu təqdirdə isə seçki institunun bərpası ən öndə gələn vəzifəmiz olacaq, bu səbəbdən də "Seçkilərin Təşviqi Mərkəzi"nin yaradılması qərarını verdik. Mərkəz əsasən aşağıdakı işləri görəcək: 
1. Vətəndaşların təməl hüquqlarından olan aktiv və passiv seçki hüququnun reallaşdırılmasına kömək etmək. 
2. Vətəndaşların seçkiyə inamını bərpa etmək, bu sahədə maarifləndirmə işləri aparmaq.
3. Hər növ seçki saxtakarlığına qarşı mübarizə aparmaq.
4. Əhalinin seçkilərdə maksimum səviyyədə iştirakına nail olmaq.
5. Seçki məcəlləsi və digər qanunvericilik aktlarının demokratikləşməsi, Avropa standartlarına uyğunlaşdırılmasına çalışmaq. Qanunvericiliyə təkliflər, əlavə və dəyişiklik layihələrilə çıxış etmək.
6. Seçkilərin monitorinqi, müşahdəçi korpusunun hazırlanması, "exit-poll" və rəy sorğularının keçirilməsi. 
7. Namizədlərə hüquqi yardım göstərilməsi. 
8. Namizədlərin və seçicilərin hüquqlarının müdafiə olunması.
Detallar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək".
Seçilən
105
29
arqument.az

10Mənbələr