AZ

Ermənistan odla oynamağının dərqində deyil – Erməni politoloqun etirafı

2020-ci il 10 noyabr bəyanıtının 9-cu bəndinin yerinə yetirilməsindən imtina edən Ermənistan bununla özünü çətin vəziyyətə salıb. Əsasən Qərbdəki havadarlarının  göstərişini yerinə yetirən Paşinyan təzadlı qərarlar verməyə adət edib. Nikol Paşinyanın mövqeyi erməni ekspertlərin də diqqətindən yayınmayıb.

Ermənistan “Alternativ Layihələr” qrupunun üzvü, politoloq Vahe Ovannesiyan bildirib ki, kommunikasiyaların açılması məsələsində Ermənistan özünü dağıdıcı aparır:

“Ermənistan hesablanmış, səriştəli həll variantlarını formalaşdırmır. Bu, xarici dəstək olmadan həll edə bilməyəcəyimiz problemdir. Bizim xoşumuza gələcək şəkildə özümüzün  qərar verməyə imkanımız yoxdur. Azərbaycanda isə bu resurs var. Mümkün olan maksimum uzlaşmanın  qırmızı xəttini tapmağa çalışmalıyıq. Amma Ermənistan bunu etmir. İndi biz özümüzü  yeniyetmə kimi aparırıq, hamını rədd edirik, nəticədə bölgədə partlayıcı vəziyyət yaranır ki, bu da öz günahımızdır. Regionda “Əliyevin səbri” adlandırılan vahid amil formalaşır. Biz odla oynamağımızın fərqində deyilik”.

Daha sonra Ovannisyan bildirib ki, Ermənistan müharibədən əvvəl təcavüzkar və dağıdıcı siyasət ortaya qoyub:

“İndi eyni şey davam edir. Elə vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər.  İki gün əvvəl  Ermənistan Moskvada  yenə uydurduğu “Dünyanın kəsişməsi”layihəsindən danışmağa başladı. Ən azı iki mühüm ölkə – Azərbaycan və Rusiya isə bundan imtina edib. Onlar deyirlər ki, bu, yaxşı ideyadır, lakin  sülh deyil, münaqişə ocağıdır”.

 Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr