AZ

Tramp Harrislə debatdan imtina etdi: “Mənası yoxdur”


ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirakdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində “Fox News” telekanalının debatların oktyabrın 24 və ya 27-də keçirilməsi təklifinə cavab olaraq yazıb.
Trampın sözlərinə görə, səsvermə artıq başlayıb və ona görə də, revanş olmayacaq. O həmçinin bildirib ki, Harris bu yaxınlarda Baydendən fərqli bir şey etməyəcəyini deyib, buna görə də, onun fikrincə, yeni debat keçirməyin mənası yoxdur.
Digər tərəfdən, Tramp sentyabrın 4-də debat keçirilməsi ilə bağlı “Fox News”un əvvəlki təklifini qəbul etdiyini, lakin Harrisin bunu rədd etdiyini vurğulayıb. Eks-prezident həmçinin onun seçicilər arasında xüsusilə əsas ştatlarda populyarlığının artdığını qeyd edib.
Qeyd edək ki, sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində Harris və Tramp arasında teledebat baş tutub. Debat “ABC News” telekanalı tərəfindən təşkil edilib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
phrase_var_article.chosen
25
1
yeniavaz.com

2phrase_var_article.sources