AZ

STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirdi

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məxsus kommunikasiya xətləri ilə bağlı monitorinqin nəticələrinə əsasən, qaynar xətt üzrə günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 2 dəqiqə 26 saniyə, günün ikinci yarısında 2 dəqiqə 46 saniyə olub.

Monitorinq müddətində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin stasionar nömrəsi üzrəgünün birinci və ikinci yarısında cavab verilmiş zəng qeydə alınmayıb.

Qaynar xətt üzrə bütün monitorinq nəticələri müsbət olub. Belə ki, günün birinci və iinci yarısında edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 8 saniyə, günün ikinci yarısında 6 saniyə təşkil edib.

Nəticələrin təhlili Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsus stasionar nömrəsi üzrəzənglərin mütləq əksəriyyətinə (95.5%) cavab verildiyini, 4.5%-nə cavab verilmədiyini göstərib. Cavab verilmiş zənglər üzrə gözləmə müddəti günün birinci yarısında 12 saniyə, günün ikinci yarısında 9 saniyə olub.

Nəticələrin müxtəlif dövrlər üzrə təhlili qurumun stasionar xəttinin fəaliyyəti və zənglərin cavablandırılması ilə bağlı son 3 ildə müsbət dinamikanın dəyişmədiyini deməyə əsas verir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin stasionar nömrələrinə edilən zənglərin təqribən yarıya yaxınına, yəni 45.5%-nə cavab verilib, yarıdan çoxuna və ya 54.5%-nə cavab verilməyib. Cavab verilmiş zənglər üzrə gözləmə müddəti günün birinci yarısında 9 saniyə, günün ikinci yarısında 12 saniyə olub.

Seçilən
33
39
publika.az

10Mənbələr