AZ

"Biz qoyulan investisiyaların qarşılığını görmüşük"

Cari ilin 8 ayında ÜDM-də 4,3 faiz, qeyri-neft sektorunda 7 faiz artım olub.

FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan 2017-ci ildən rəqəmsal bacarıqlarına fərqli şəkildə başlayıb.

“Startap şirkətləri də bu prosesə cəlb olunub. Biz kifayət qədər qoyulan investisiyaların qarşılığını görmüşük. İnnovativ həllər planlaşdırıldığı kimi heç də özünü doğrultmur. Bu da bizi qətiyyətlə irəli getməyə sövq edir”, - deyə nazir qeyd edib. (Azərtac)

Seçilən
8
1
fed.az

3Mənbələr