AZ

Rəşad Nəbiyev: "Bu il Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"

İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük.

Sitat.info xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holding"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.

O bildirib ki, iki il əvvəl başladığımız "Online Azərbaycan" layihəsi ilə ölkənin ən ucqar nöqtələrində fiber optik xətlərin çəkilməsini hədəflədik: "Layihəyə başladıqda Azərbaycanda internetin orta sürəti təxminən 12 Mbps ətrafında idi. Ancaq bu ilin avqust ayında bu sürət 50 Mbps-ni ötüb. Biz layihəyə başladıqda 25 Mbps-nin kifayət edəcəyini düşünürdük".

Seçilən
109
6
sitat.info

10Mənbələr