Rusiyanın dövlət poçt şirkəti “Poçta Rossii” Türkiyəyə pul köçürmə xidmətinə başladıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Bildirilib ki, Rusiyadakı istifadəçilər bu xidmətdən istifadə edərək Türkiyənin 25 fərqli şəhərindəki banklar vasitəsilə pul göndərə biləcəklər.
Qeyd olunub ki, köçürmə limiti 300 min rubla qədərdir və heç bir komissiya tutulmur. Qəbul edənlər pulu ABŞ dolları ilə çıxaracaqlar. Lakin bildirilir ki, yerli banklar valyutanın konvertasiyası üçün komissiya tuta bilərlər.
İstanbul, Antalya, Ankara, Bursa, İzmir və Adanada xidmət göstərən banklar rus turistlərin cəmləşdiyi bölgələrdə yerləşir.