AZ

Hadrutun azadlığı — separatçı rejimin çöküşü...

Bu il Hadrutun Azərbaycan ordusu tərəfindən azad edilməsindən dörd il ötür. Hadrutun xalqımız üçün mənəvi dəyəri olduqca böyük idi. 

"Hadrutun həm strateji həm də mənəvi olaraq Azərbaycan üçün əhəmiyyəti çox böyükdür. Hadrut keçmiş Dağlıq Qarabağın ərazisində yerləşirdi. Ermənilər Hadrutdan separatçı qrupun əsas mərkəzi kimi istifadə edirdilər. Hadrut geniş strateji əhəmiyyəti olan bölgədir. Bu ərazidən konkret olaraq bir çox yolu nəzarətdə saxlamaq mümkün idi". 

Bu fikirləri Demokrat.az-a politoloq Zeynal Əmrəliyev deyib. 



"Hadrutun ələ keçirilməsi ilə Azərbaycan ordusu Şuşaya daha da yaxınlaşdı"

Hadrutun ələ keçirilməsi ilə Azərbaycanın istər Şuşa istiqamətində, istərsə də cənuba doğru irəliləmək üçün yolu açıldı. Faktiki olaraq gələcək qalibiyyətlərin təməli atıldı. Azərbaycan ordusu Şuşaya daha da yaxınlaşdı. Bir çox erməni hərbçiləri və ekspertləri anladı ki, onlar artıq Şuşanı itirəcəklər. Hadrut Azərbaycan xalqının əsas yaralarından biri idi. Ümumilikdə ermənilər Xocavənddə çox qırğınlar törədiblər. Hadrutun ələ keçirilməsi ilə Azərbaycan separatçı rejimə ən böyük zərbəni vurmuş oldu. Separatçı rejimin çökməsi üçün həm başlanğıc, həm də ən mühüm hissə oldu. Hadrutun azadlığı Azərbaycanın suverenlik yolunda atdığı ən böyük addım idi. Azərbaycan çalışacaq ki, Hadrut çiçəklənsin, inkişaf etsin. Relyefi və coğrafiyası olduqca gözəldir. Çalışacağıq ki, bölgədə yaşam əvvəlki vəziyyətinə qayıtsın və bir daha erməni caniləri torpağımıza göz dikə bilməsinlər. 

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
20
demokrat.az

1Mənbələr