AZ

Prezident İlham Əliyev ehtiramla qarşılanan lider, Azərbaycan isə etimad göstərilən dövlətdir

Bakı. Trend:

Prezident İlham Əliyev ehtiramla qarşılanan lider, Azərbaycanisə etimad göstərilən dövlətdir.

Dövlətimizin başçısının Moskvada keçirdiyi görüşlər və MDBtərəfindən qəbul edilən qərarlar bunları bir daha təsdiq edir.

Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya işgüzar səfərimühüm nüanslarla əlamətdar oldu. Dövlətimizin başçısının bu səfəriilk növbədə onun beynəlxalq siyasi platformalarda ehtiramlaqarşılanan siyasi lider olduğunu bir daha təsdiq etdi. Eynizamanda, cənab Prezidentin Moskvada keçirdiyi görüşlər və MDBtərəfindən qəbul edilən qərarlar göstərir ki, Azərbaycan yüksəkimicə malik dövlətdir və İkinci Qarabağ müharibəsindərespublikamızın yaratdığı reallıqlar beynəxalq səviyyədə qəbulolunur.

Dövlətimizin başçısı Rusiyaya MDB Dövlət Başçıları Şurasınıniclasında iştirak etmək üçün səfər etmişdi. Lakin MoskvadaAzərbaycan və Rusiya prezidentləri arasında ayrıca görüşünkeçirildiyini nəzərə alsaq, bu səfəri həm də Azərbaycan-Rusiyaəlaqələrinə nəzər salınması baxımından mühüm siyasi hadisə kimidəyərləndirə bilərik.

Son illərdə Azərbaycan-Rusiya münasibətləri öz inkişafınıntamamilə yeni keyfiyyət mərhələsinə yüksəlib. Xüsusilə qeydetməliyik ki, hələ Vətən müharibəsi və ondan sonrakı dövrdə KremlErmənistanın müxtəlif cəhdlərinə, hətta Kollektiv TəhlükəsizlikMüaviləsi Təşkilatı ilə bağlı şantajlarına baxmayaraq, MoskvaAzərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldanazad olunması ilə bağlı mövqe tutdu.

2022-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası iləRusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyətihaqqında” Bəyannamə əlaqələrə yeni siyasi məzmun qatdı. Bütünbunların fonunda özünü göstərən həqiqət odur ki, Azərbaycanın ərazibütövlüyünü təmin edərək yaratdığı yeni reallıq Rusiya tərəfindənqəbul edilir.

O cümlədən 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan SilahlıQüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirlərizamanı da Rusiya dövləti ədalətli və obyektiv davrandı və əlbəttəki, bütün bunlar cəmiyyətimiz tərəfindən təqdirlə qarşılanır.

Bu ilin avqust ayında Prezident Vladimir Putinin Azərbaycanaetdiyi dövlət səfəri də ilk növbədə Azərbaycanla Rusiya arasındadövlətlərarası dialoqun, əməkdaşlığın və dostluğun yüksək səviyyədəolduğunu nümayiş etdirdi. Bir məsələni xüsusi vurğulamaq istərdimki, Vladimir Putin indiyədək dəfələrlə Azərbaycana səfər edib.

Amma bu ilin avqustunda ölkəmizə ilk dəfə dövlət səfəri etdi.Həmin vaxt cənab Prezident İlham Əliyevin mətbuata verdiyibəyanatda bildirdiyi kimi dövlət səfərinin formatı və xarakterixüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm dədövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Hazırda iki ölkə arasında əlaqələr indiyədək imzalanmışiktərəfli sənədlərin məzmununa uyğun olaraq inkişaf edir.Qarşılıqlı ticarət dövriyyəsi 4,3 milyard ABŞ dolları həcmindədir.Sənaye və kənd təsərrüfatı sahələrində idxal-ixrac əməliyyatlarınınyüksəlməsi, tranzit axınının və yük daşımalarının həcmininyüksəlməsi, eyni zamanda, Azərbaycanın rusiyalı turistlər üçüncəlbedici məkan olaraq qalması ticarət dövriyyəsinin yüksəməsinətəsir edən iqtisadi faktorlardır. Bütün bunları nəzərə alaraq2024-cü ilin sonuna bu rəqəmin daha da yüksələcəyiproqnozlaşdırılır.

Bütövlükdə, Moskvada Rusiya və Azərbaycan prezidentləri arasındagörüş iki dövlət arasında əlaqələrin yüksək siyasi və iqtisadiməzmunundan xəbər verdi. Vladimir Putinin cənab İlham ƏliyeviTatarıstanın paytaxtı Kazanda oktyabrın 23-24-də keçiriləcək BRICSsammitinə dəvət etməsi isə Azərbaycan-Rusiya əlaqələrinin stratejimüttəfiqlik ruhunda inkişafının, dövlət başçıları arasındakı sıxdostluq münasibətlərinin və Prezident İlham Əliyevə olan yüksəkehtiramın təcəssümüdür.

Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi DövlətBaşçıları Şurasının iclasında iştirakına gəldikdə, ilk öncə qeydetmək istərdim ki, MDB Azərbaycanın yaxından tərəfdaşlıq etdiyiplatformalardan biridir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi,ekoloji, humanitar, elmi, mədəni sahədə və əməkdaşlıqdanibarətdir.

Faşizm üzərində qələbə isə MDB üzvlərini birləşdirən mühümsiyasi-mənəvi dəyərdir. Azərbaycan hər zaman həm MDB-nin işinə, həmdə üzv dövlət arasında əməkdaşlığa mühüm töhfələr verib.Ermənistanı çıxmaq şərtilə, Azərbaycanın bütün MDB dövlətləri iləyüksək siyasi-iqtisadi münasibətləri var.

MDB-yə üzv olan ölkələrin ali rəhbər şəxslərinin müntəzəmgörüşləri postsovet məkanında siyasi və iqtisadi əlaqələrininkişafına təkan verir. Müstəqllik qazandıqdan sonra postsovetdövlətləri arasında münasibətlərin qorunub saxlanılmasında vəinkişafında bu görüşlər mühüm əhəmiyyət kəsb edir. Bu mənada MDBDövlət Başçıları Şurasının Moskvada oktyabrın 8-də keçiriləniclasının MDB məkanında əməkdaşlığın inkişafına təkan verəcəyişübhəsizdir.

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasınıniclasında çıxışında açıqladığı məsələlər isə həm Azərbaycan nüfuzu,həm də Vətən müharibəsi nəticəsində yaranan reallıqların MDBməkanına daha yaxından təqdim olunması baxımından respublikamızınmühüm siyasi uğurlarıdır. Dövlətimizin başçısının toxunduğuməsələlərdən biri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarınaəsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu.

Təbii ki, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyətpaytaxtı elan edilməsi Azərbaycan üçün mühüm siyasi qərar olmaqlarespublikamızın ictimaiyyəti tərəfindən böyük minnətdarlıqlaqarşılanır. Çünki həm bu qərar və həm də onun icrası çərçivəsindəkeçiriləcək bütün tədbirlər birinci növbədə, Laçının tarixiAzərbaycan şəhəri olması həqiqətini bir daha MDB məkanına bəyanedəcək.

Məlumdur ki, Laçın işğal altında olduğu dövrdə Ermənistan onuerməni şəhəri kimi təqdim edirdi. Hətta Laçına eybəcər ad daqoymuşdular. Lakin dünya bu şəhəri heç vaxt erməni şəhəri kimitanımadı. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elanedilməsi isə bir daha erməni yalanlarının ifşası olacaq.

İkincisi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi iləəlaqədar keçiriləcək tədbirlər fonunda Azərbaycanın qələbəsi,torpaqlarını güc yolu ilə azad etməsi daha geniş formada MDBictimaiyyətinin diqqətinə çatdırılacaq. Bu tədbirlər Vətənmüharibəsindəki zəfərimizin, Prezident İlham Əliyevin qətiyyətli vəmüsiəqil siyasətinin yeni təqdimatı olacaq.

Üçüncüsü, gələn il Laçında keçiriləcək hər bir tədbirAzərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyimöhtəşəm quruculuq işlərinin MDB coğrafiyasında tanıtımı olacaq.MDB üzvləri olan dövlətlər və onların xalqları bir daha Qarabağ vəŞərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi möhtəşəmbərpa işlərinə, Prezident İlham Əliyevin quruculuq əzminə şahidlikedəcəklər. Eyni zamanda Laçının timsalındakı quruculuq işləriErmənistanın Azərbaycan ərizələrində törətdiyi vanallığı da birdaha dünyaya çatdıracaq.

Cənab İlham Əliyevin çıxışında toxunduğu başqa bir məsələ gələnil Azərbaycanda III MDB Oyunlarının keçirilməsidir. Azərbaycandövləti yürütdüyü siyasətlə həm də dünyada sülhü, təhlükəsizliyi,humanizmi və dostluğu təşviq edir. Bakının beynəlxalq tədbirlərmərkəzinə çevrilməsinin səbəblərindən biri də məhz budur.

İndiyədək paytaxtımızda siyasi-iqtisadi və humanitar mövzuluçoxsaylı konfranslar, sammitlər keçirilib. O cümlədən Bakı BirinciAvropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 kimimötəbər idman tədbirinə evsahibliyi edib. Bu tədbirlərin Bakıdakeçirilməsi Azərbaycanın yüksək nüfuzundan və respublikamıza olanbeynəlxalq etimad və inamdan irəli gəlib.

Gələn il isə Azərbaycan III MDB Oyunlarına evsahibliyi edəcək.Bu dəfə Gəncə şəhəri ölkəmizin idman paytaxtına çevriləcək,yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində təşkilolunacaq. Bununla da MDB xalqlarının diqqəti gələn həm də idmanmüstəvisində respublikamıza yönələcək. III MDB OyunlarıAzərbaycanın yüksəlişini, uğurlarını, mötəbər idman yarışlarıkeçirmək təcrübəsini, xalqımızın qonaqpərvərliyini və Qarabağsavaşındakı zəfərimizi bir daha MDB ictimaiyyətinə bəyanedəcək.

Bütövlükdə, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərigöstərdi ki, dövlətimizin başçısı dərin ehtiramla qarşılanan siyasilider, Azərbaycan isə etimad göstərilən güclü dövlətdir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
2
1
az.trend.az

2Mənbələr