AZ

"Hamster Kombat" dələduz şəbəkəyə aiddir? - Zərərçəkənlər var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son zamanlar ölkəmizdə əhali arasında, əsasən, gənclərin onlayn ballar toplayaraq pula çevirmək istəyi onları oyun qurbanı edir.
Onlayn kriptovalyuta oyunları beynəlxalq birjaya çıxış qazanmadan öncə insanları "Telegram" üzərindən səhifələrinə cəlb edir, daha sonra beynəlxalq birjalara çıxış imkanı verir.
26 sentyabr 2024-cü ildən onlardan birinin - "Hamster Kombat"ın kriptovalyuta sistemində dəyəri bəlli oldu, şərtlər isə bu cür oldu ki, həmin balları kriptovalyutaya çevirmək üçün vətəndaş adına olan hər hansı birja proqramını "Telegram"dakı səhifədə qeydiyyatdan keçirməlidir.
Elə hər şey də bundan sonra başladı. Bəzi istifadəçilər qeydiyyatdan sonra bank kartlarından pul çəkildiyini iddia edirlər. Üstəlik, bu hal, sadəcə, ölkəmizdə deyil, Türkiyədə də qeydə alınıb.
"Telegram" səhifəsində qeydiyyatdan keçdikdən sonra kart nömrəsini, ad və soyadımı istədilər. Səhifəyə nəzər yetirəndə şübhəli məqam görmədim. Daha sonra kartımdan pul çıxıldı. Bu halla digər dost və tanışlarım da qarşılaşıblar", - deyə Baku TV-yə açıqlamasında zərərçəkən Vüsal Həsənov söyləyib.
Ekspertlər bildirirlər ki, xüsusən məşhur oyunların saxtası çox peşəkar hazırlanır, ancaq onları da müəyyən etmək olur.
"Saxta botlar vətəndaşlara vəsaiti nağdlaşdırma vədi ilə "airdrop"lar təklif edərək onlardan bank məlumatlarını istəyir, istifadəçini aldadaraq oyundan pul qazandıqları görüntüsü yaradır. Vətəndaşlar belə məqamlarda diqqətli olmalı, yalnız rəsmi kanallardan, botlardan istifadə etməlidirlər", - İT mütəxəssisi Fərid Pərdəşünas məsələ ilə bağlı danışarkən deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Seçilən
9
50
oxu.az

10Mənbələr