AZ

Bakının məşhur məktəbinə direktor təyin edildi

Aygün Mikayılova 132-134 saylı Təhsil Kompleksinin yeni direktoru təyin olunub.

Bu barədə anews.az-a etibarlı mənbədən məlumat daxil olub.

Mikayılova bundan öncə Heydər Əliyev Təhsil Kompleksinin icraçı direktoru vəzifəsində çalışıb.

2015-ci il isə Bakı Avropa Liseyinin direktoru olub.

132-134 saylı Təhsil Kompleksinin bundan öncəki direktoru Sara Xanlarova bir müddət öncə vəzifəsindən təqaüdlə çıxması ilə əlaqədar uzaqlaşdırılıb.

Seçilən
1
3
azpolitika.info

4Mənbələr