AZ

"Domino's Pizza"nın qazancı azaldı - HESABAT

Amerikanın pizzaçılar şəbəkəsi "Domino's Pizza"nın üçüncü rübdə xalis mənfəət 0,5% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Sentyabrın 8-də başa çatan rübdə şirkətin xalis mənfəəti 147,7 milyon dollardan 146,9 milyon dollara enib. Səhm üzrə bu göstərici dövriyyədə olan qiymətli kağızların azalması səbəbindən 4,18 dollardan 4,19 dollara yüksəlib. Şirkətin əməliyyat mənfəəti isə 5% artaraq 198,8 milyard dollara çatıb.

Eyni zamanda, son üç ayda şirkətin pizzacılarının sayı 72 nəfər artaraq 21 mini ötüb.

"Domino's Pizza" 2024-cü maliyyə ilinin sonuna qədər əməliyyat mənfəətini təxminən 8% artırmağı planlaşdırır. Şirkət bu maliyyə ilində 800-850 restoran açmaq niyyətindədir.

Bu ilin 9 ayı ərzində şirkət 215 milyon dollar dəyərində təxminən 500 min səhmini geri alıb.

 

Gözəl Həşimova

Seçilən
18
iqtisadiyyat.az

1Mənbələr