AZ

Bakının məşhur məktəbinə BU QADIN direktor təyin olundu + FOTO

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Bu barədə Titul.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmrə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Qeyd edək ki, A. Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinin məzunudur. O, 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri Modern.az yayıb.

Seçilən
11
35
titul.az

10Mənbələr