AZ

Cənubi Qafqazın açar dövləti Azərbaycandır -ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının Konqresi Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın əleyhinə davamlı şəkildə fəaliyyət göstərir. Bu da onunla izah oluna bilər ki, bu konqresdə erməni diasporunun təsiri çox güclüdür və diaspor bir çox konqresmeni demək olar ki, ələ alıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Konqresmenlər erməni diasporu ilə yüksək səviyyədə əməkdaşlıq edirlər. Bütün bunlar məhz bununla izah oluna bilər. Digər bir amil budur ki, Amerikanın özünün dairələrində də hələ ki, Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları dərk edə bilməyən, vaxtında qiymətləndirə bilməyən qüvvələr var. Bu, təəssüfləndirici faktdır. Biz ümid edirik ki, noyabrda ABŞ-da formalaşan yeni administrasiya indiki Bayden hökumətinin bu səhvlərni təkrarlamayacaq, yəni münasibətlərin daha da irəli aparılması üçün çalışacaq. Çox təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatları Fransanın Cənubi Qafqazdakı siyasətini eynən təkrarlayır. Bu dövlətlərin siyasəti ona hesablanır ki, Ermənistan üzərindən fokuslanaraq Cənubi Qafqazda təşəbbüskar olmağa çalışırlar. Ancaq bir məsələni unudurlar ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Azərbaycan 44 günlük müharibədən sonra faktiki olaraq yeni reallıqlar yaradıb. Bu reallıqlarla hər bir dövlət barışmalıdır. Azərbaycan nə ABŞ, nə Fransanın təzyiq siyasətinə boyun əyəcək gücdə deyil. Birinci növbədə Azərbaycanda sıx xalq iqtidar birliyi var. Azərbaycan xalqı dövlət başçısı cənab İlham Əliyevin siyasətini yüksək səviyyədə qiymətləndirir. Prezident seçkilərində ona verilən səs faizi də bunu sübut etdi. İkinci amil odur ki, dövlət başçısı özü prinsipial siyasət aparır. Olduqca prinsipial, yüksək xarakterli idarəçilik qabiliyyətinə malik şəxsidir. Bu kimi amillər ABŞ-ın və Fransa kimi dövlətlərin Cənubi Qafqazda təsir mexanizmini sıfıra endirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr