AZ

Rusiya dünya bazarına 278 milyard dollarlıq mal ixrac edib

Bu ilin yanvar-avqust aylarında Rusiyanın xarici ticarətinin müsbət saldosu 15,87% artaraq 100 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Hesabat dövründə Rusiyanın ixracı 2 milyard dollar artaraq 278 milyard dollara çatıb. Eyni zamanda, ölkəyə idxal 12,3 milyard dollar azalaraq 178 milyard dollara düşüb.

Bu dövrdə Avropa ölkələrinə ixrac 27,2% azalaraq 43,8 milyard dollar, idxal isə 10,27% azalaraq 47,9 milyard dollar təşkil edib. Afrika ölkələrinə ixrac 22,48% artaraq 16,3 milyard dollara, idxal isə 3,37% azalaraq 2,2 milyard dollara çatıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,9 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova

Seçilən
104
44
iqtisadiyyat.az

10Mənbələr