AZ

Məşhur boya şirkəti məhkəmə qarşısında

Dövlət Gömrük Komitəsi (DGK)  "Fab Boya və Kimya Sənayesi" MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

"Fab Boya və Kimya sənayesi" MMC tanınmış boya şirkətidir. 

Hüseyn

Seçilən
42
valyuta.az

1Mənbələr