AZ

Kapital Bank-ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi

Oktyabrın 8-də ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib. Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluq etdiyi forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına dəstək olmaq, eləcə də bu prosesin təşviqinə dəstək istiqamətində faydalı platforma olaraq fəaliyyət göstərməkdir.

Forumda Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə “Tədqiqatdan inkişafa gedən yol” adlı paneldə spiker qismində çıxışı zamanı qeyd edib: “Kapital Bank olaraq universitet-sənaye tərəfdaşlığına verdiyimiz dəstək gənc mütəxəssislərin bilik və bacarıqlarının praktiki mühitdə inkişafına yönəlib. Bu əməkdaşlıq vasitəsilə ölkəmizin iqtisadiyyatına töhfə verəcək peşəkarların yetişdirilməsinə daim şərait yaradırıq. Biz bu tərəfdaşlığı davamlı inkişafın əsas sütunlarından biri kimi görür və bu sahədəki təşəbbüsləri dəstəkləyirik”. Panel çərçivəsində beynəlxalq reytinqlərdə universitetlərin mövqeyinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, innovasiya və tədqiqat mərkəzlərinin yaradılması və bu sahədə strateji tərəfdaşlıqların rolu müzakirə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
2
26
banco.az

10Mənbələr