AZ

Niyə yuxu görürük?

Gecələr normal yuxu yatmaq bədənin və zehinin enerji topladığı vacib bir bioloji prosesdir.

Amma bəzi hallarda yatarkən qorxulu və ya xoşbəxt-fantastik olduğumuz “film”lər görürük. 

Bunun səbəbi nədir? Niyə yatarkən yuxu görürük?

Bununla bağlı Hit.az-a açıqlama verən nevroloq Kamran Həsənov bildirib ki, elmi baxımdan yuxunun bir neçə səbəbi var:

“Ən çox yayılmış səbəb isə yuxu ilə zehni gigiyenamızı təmizləməkdir. Yuxu ilə beyin gün ərzində qəbul etdiyi informasiyaları sıralayır və qiymətləndirir. Bəzən yuxuda bir-biri ilə əlaqəsiz hadisələr görsək də, bu zehnin informasiyaları sıralamasıdır. Bəzi insanlar gördükləri yuxuların onları gələcəyə hazırladığına inanır. Əslində beyni yorğun olan, daima  bir mövzu barədə düşünən şəxs yuxuda qarmaşıq şeylər görə bilər. Amma həqiqətdir ki, yuxular bizi bir istiqamətə yönləndirə, gələcəkdən xəbər verə, cinsi hissləri təşviq edə bilər”.

Murad

phrase_var_article.chosen
96
50
hit.az

10phrase_var_article.sources