ABŞ senatoru və baş prokuroru Robert Kennedinin dul arvadı Etel 97 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun nəvəsi III Co Kennedi "X" sosial şəbəkəsində məlumat verib.
Ölümün səbəbi yaşlı qadının keçən həftə keçirdiyi insultdan yaranan fəsadlar olub.
Etel Kennedi ictimai fəaliyyətlə məşğul idi, xüsusən də insan haqlarını fəal şəkildə müdafiə edirdi. Etelin 9 övladı, 34 nəvəsi və 24 nəticəsi var.