AZ

Vuçiç Ukraynaya dəstək bəyannaməsi imzalayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Serbiya prezidenti Aleksandar Vuçiç Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak edib və Rusiyanın hərəkətlərini pisləyən bəyannamə imzalayıb.
Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bəyənnamənin mətni Ukrayna lideri Volodimir Zelenskinin saytında dərc olunub.
Bəyannamə 18 bənddən ibarətdir ki, bunlar arasında Ukraynadakı münaqişənin ölkənin xalqına qarşı cinayət, BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn pozulması və Avropanın Cənub-Şərq regionunda ,bütün Avropa qitəsi və bütövlükdə dünyada sülh, təhlükəsizlik və sabitlik üçün böyük təhlükə kimi tanınması yer alır. Sammit iştirakçıları həmçinin lazım olduğu müddətcə Ukraynaya və onun xalqına çoxşaxəli dəstəyin davam etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Tərəflər iyun ayında İsveçrədə keçirilən sülh sammitinin nəticələrini dəstəkləyib və "Zelenski formulu"nun həyata keçirilməsi üçün səy göstərməyə hazır olduqlarını bəyan ediblər.
Ümumilikdə sənədi 15 nəfər imzalayıb. Vuçiçdən başqa, Kosovo, Monteneqro və Sloveniya prezidentləri, o cümlədən Vyosa Osmani, Yakov Milatoviç və Nataşa Pirts Musar bəyannaməyə qoşulublar.
Vuçiçin sammitdən sonra jurnalistlərə verdiyi məlumata görə, o, bəyannamənin bir neçə bəndini dəyişməyə nail olub və bununla da Rusiyaya qarşı sanksiyalara dair anlayışları yumşaldıb.
Seçilən
3
34
oxu.az

10Mənbələr