AZ

Tələbə ürəktutmasından vəfat etdi

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu vəfat edib.

Demokrat.az xəbər verir ki, bu haqda Naxçıvan Dövlət Universiteti sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan Sərvət İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edilib ki, Sərvət 2020-2024-cü illər tarixində 4 dəfə Heydər Əliyev, 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülüb.O, 2024-cü ildə incəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.

Seçilən
11
7
demokrat.az

9Mənbələr