AZ

Quterreş BRICS sammitində iştirak etmək istəyir

BMT-nin Baş katibi Antonio Quterreş bu ay baş tutacaq BRICS sammitində iştirak etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, baş katib sözügedən məsələ barədə BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə danışıb.

Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-dən 24-nə qədər Kazanda keçiriləcək.

Seçilən
16
5
sia.az

6Mənbələr