AZ

İsraildə amerikalı jurnalist həbs edilib

Amerikan jurnalist milli təhlükəsizliyə təhdid səbəbilə İsraildə həbs edilib...

İsrail polisi 28 yaşlı ABŞ jurnalisti Ceremi Loffredonu milli təhlükəsizliyə təhdid etməkdə şübhəli bilinərək həbs edib.

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

İddialara görə, jurnalist İran raketlərinin İsraildəki hədəfləri vurduğunu yayımladıqdan sonra həbs edilib. Portalın yazdığına görə, İran ölkənin mərkəzində yerləşən kəşfiyyat bazasına, eləcə də Nevatim aviabazasına hücum edib.

Qeyd olunur ki, jurnalist reportajında İsrail ordusunun Qəzza zolağına hücumlar üçün Nevatim bazasından istifadə etdiyini vurğulayıb. Loffredo əlavə edib ki, hava bazasında İsrailin baş naziri Binyamin Netanyahunun istifadə etdiyi özəl hökumət təyyarəsi yerləşir.

Poliqon.info

Seçilən
68
32
poliqon.info

10Mənbələr