AZ

Ağ Evin sirlərini açan kitabdan 4 böyük iddia

Yazını böyüt
Yazını kiçilt

Amerikalı jurnalist Bob Vudvordun gələn həftə işıq üzü görəcək "Müharibə" adlı kitabında Tramp, Putin və İsrailin baş naziri Binyamin Netanyahu ilə bağlı təəccüblü iddialar yer alıb.

Hafta.az-ın yazdığına görə, “Washington Post”unyazarlarından olan Vudvord iddia edir ki, o vaxtkı ABŞ prezidenti Tramp 2020-ci ildə Putinə gizli şəkildə Covid test cihazı göndərib.

Kitabda koronavirusa yoluxmaqdan çox narahat olduğu iddia edilən Putinin test cihazlarını qəbul etdiyi, lakin Trampa hadisə ilə bağlı məlumat paylaşmaması barədə xəbərdarlıq etdiyi deyilir.

Trampın seçki kampaniyasının rəsmiləri Vudvordun Respublikaçı liderlə bağlı bütün iddialarını təkzib ediblər. Bununla belə, Kremlin sözçüsü Dmitri Peskov verdiyi açıqlamada Vaşinqtonun Covid test cihazı göndərdiyini təsdiqləyib. "Biz pandemiyanın başlanğıcında sınaq cihazlarını da göndərdik" deyib Peskov.

Digər tərəfdən Vudvord Trampın 2021-ci ildə Ağ Evdən ayrıldıqdan sonra Putinlə ən azı 7 dəfə telefonla danışdığını da iddia edir. Peskov isə telefon danışıqları ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Kitabda ABŞ prezidenti Co Baydenin şəxsi söhbətlərində Putin və Netanyahunu lənətlədiyi iddia edilir. İddialara görə, Bayden bir dəfə öz müşavirlərini “mənim lənət Putinim” adlandırmışdı.

Vudvord yazır ki, Baydenin Netanyahuya qəzəbi bu ilin yazında partlayıb. Kitabdakı iddialara görə, Bayden Netanyahunun Həmas-ı məğlub etmək deyil, özünü qorumaq məqsədi daşıdığını anlayanda müşavirlərinə bunları deyib: “O piç oğlu Bibi Netanyahu həqiqətən pis adamdır. Ay səni əclaf!”

Bundan əlavə, iyulda Netanyahu ilə təkbətək görüşü zamanı Bayden İsrail liderinə "Nə cəhənnəm edirsən, Bibi?" dediyi də iddia olunur.

Həmas-ın lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürüldükdən sonra Təl-Əviv rəsmən hücuma görə məsuliyyəti üzərinə götürməyib. Ancaq bu hücumdan sonra Baydenin Netanyahunu danladığı və İsrail liderinin “Biz Haniyədən danışırıq, o, dəhşətli adamdır, fürsət tapdıq və bundan yararlandıq” dediyi iddia edilir.

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin qarşıdurmalarla bağlı ictimaiyyət qarşısında Baydendən fərqli bir ifadə işlətdiyi, Qəzza müharibəsinin bahalılığına və fələstinlilərin məruz qaldığı zülmə diqqət çəkdiyi bildirilir.

Digər tərəfdən, Baydenin seçki yarışından çəkilməsindən sonra demokratlar adından estafeti öz üzərinə götürən Harrisin iyulda Netanyahu ilə təkbətək görüşündə İsrail liderinə qarşı o qədər də sərt davranmadığı iddia edilir.

İsrailin Vaşinqtondakı səfiri Maykl Herzoq Harrislə bağlı bunları deyib: “O, ictimai yerlərdə sərt görünmək istəyir, ancaq şəxsi həyatda o qədər də sərt deyil”.

Bildirilir ki, ABŞ Rusiyanın 2022-ci ilin fevralında başladığı Ukraynaya müdaxiləni proqnozlaşdırmaq üçün geniş kəşfiyyat işləri həyata keçirib. Həmçinin Vaşinqtonun agentləri Kremlə qaçaqmalçılıq yolu ilə gətirdiyi iddia edilir.

Həmçinin iddia edilir ki, Amerika kəşfiyyat rəsmiləri Rusiyanın 2022-ci ildə nüvə silahından istifadə etmə ehtimalının “yarı” artdığını müəyyən ediblər. Bunun üzərinə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Rusiyanın o zamankı müdafiə naziri Sergey Şoyquya, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın isə Kiyev administrasiyası ilə əlaqə saxladığı bildirilir.

Seçilən
35
hafta.az

1Mənbələr