AZ

Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq -UEFA Millətlər Liqası

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.

 

Sfera.az xəbər verir ki, C Liqasının 1-ci qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Tallində gerçəkləşəcək matçı İrlandiyadan olan Rob Harvi idarə edəcək. Qrupun saat 22:45-də başlayacaq digər oyununda Slovakiya İsveçi qəbul edəcək.

 

UEFA Millətlər Liqası

 

C Liqası, 1-ci qrup

 

III tur

 

20:00. Estoniya - Azərbaycan

 

Baş hakim: Robert Harvi (İrlandiya).

 

Tallin, "A.Le Koq Arena”.

 

Qeyd edək ki, iki turdan sonra İsveç və Slovakiya 6 xalla ilk pillələri bölüşürlər. Hər iki matçda uduzan Azərbaycan və Estoniya kollektivləri 3-4-cü yerdə qərarlaşıblar.

Seçilən
0
19
sfera.az

10Mənbələr