“Verilişdə bu nə biabırçılıqdır, bazardı elə bil” — Elvin
Müğənni Elvin Abdullayev ATV televiziyasında yayımlanan “Rəngarəng” verilişini tənqid edib.
Demokrat.az OLAY-a istinadən xəbər verir ki, sənətçi proqramda qonaq olan həmkarı Afət Fərmanqızının aparıcı tərəfindən kart hesabındakı məbləği göstərməsi olayına sosial şəbəkə hesabı vasitəsi ilə sərt şəkildə reaksiya bildirib.