AZ

Almaniyalı nümayəndə: COP29-da iqlim məsələri üçün ayrılan maliyyənin artırılmasına nail olacağımıza inanırıq

İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq.

APA xəbər verir ki, bu barədə Almaniyadan olan nümayəndə Cenifer Morqan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük maliyyəçisidir:

“Biz sadəcə ümid edirdik ki, builki COP-da maliyyəni artıra və başqalarını da bunu etməyə təşviq edə bilərik. Bir qrup inkişaf etmiş ölkə hazırda COP28-də tələb olunduğu kimi uyğunlaşma maliyyəsi üzrə irəliləyiş haqqında hesabat hazırlayır və biz ümid edirik ki, bu, həqiqətən də güclü mübadilə ola bilər”

Seçilən
15
2
apa.az

4Mənbələr