AZ

Rusiya Odessanı bombaladı, 4 nəfər öldü

Image

Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə ballistik raketlərlə hücumu nəticəsində dörd nəfər həlak olub, 10 sakin yaralanıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiperin “Telegram” kanalına istinadla xəbər verir. O, öz paylaşımında qeyd edib: “Düşmən ballistik raketlərlə Odessa vilayətinə hücum edib. Dörd nəfər həlak olub, onların arasında bir yeniyetmə də var”.

Kiperin məlumatında bildirilir ki, Odessa vilayətinə hücum nəticəsində mülki əhalinin olduğu ikimərtəbəli bina dağıdılıb. İnsanlar dağıntılar altında qalıb. 

Mətləb Salahov






Seçilən
126
17
baki-xeber.com

10Mənbələr