AZ

Azərbaycanda bələdiyyələrin sayı yarıbayarı azaldılır - Yenilənib


Azərbaycanda bələdiyyələr 1400-dən 684-ə endirilir.

“Qafqazinfo” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb.

Layihəyə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələr də birləşdirilir. 

Eyni zamanda birləşmə və ayrılma nəticəsində əhalisinin sayı 3 min nəfərdən (və ya) ev təsərrüfatlarının sayı min vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət və tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, yol verilir. 

Bu qanunun tələblərinə əsasən bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim etdikləri rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazidində bələdiyyələrin sayının 684-ə endirilməsi nəzərdə tutulur.

***

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda bildirib ki, bundan sonra bələdiyyə seçkilərində yeni yaradılacaq 684 bələdiyyə üzrə səsvermə aparılacaq.

“Yeni hazırlanan qanun layihələrinə əsasən, 900-dən çox bələdiyyə birləşir və onlardan ən böyüyü mərkəz hesab edilərək, bələdiyyənin adı müəyyənləşdirilir. Bütün bələdiyyələr bununla bağlı rəy verib və artıq bələdiyylərin yeni siyahısı hazırdır”, - deyə komitə sədri qeyd edib.

***

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bu gün keçirilən iclasda bildirib ki, bu, Azərbaycanın tarixində ən böyük bələdiyyə birləşməsidir..

“Bələdiyyələrin birləşməsi islahatın bir növüdür. Bir çox xarici ölkələrdə bu təcrübə mövcuddur. Bizim üçün də bu proses yeni deyil. Üçüncü dəfədir ki, bələdiyyələrin birləşməsini müşahidə edirik. Bu birləşmələr əsasən xırda, kiçik bələdiyyələri əhatə edir. 57%-dən bir qədər çox azalacaq. Bu, Azərbaycanın tarixində ən böyük bələdiyyə birləşməsidir. Yəni bələdiyyələr yaradılanda sayı 2667 olmuşdusa, bu gün bu rəqəm 684-ə düşəcək”, - deyə K.Bayramov bildirib. 


Seçilən
2
16
nuh.az

10Mənbələr