AZ

ABŞ-da böyük dağıntılara səbəb olan Milton qasırğasından sonra insanlar evlərinə qayıtmağa başlayıb


7NEWS.az xəbər verir ki, ABŞ-ın Florida ştatının Siesta Key bölgəsinə 3-cü kateqoriya ilə çatan Milton qasırğası böyük dağıntıları geridə qoyub və bölgədən təxliyə edilənlər evlərinə qayıtmağa başlayıb. Əsrin qasırğası olacağı gözlənilən Milton ilkin hesablamalara görə 14 nəfərin ölümünə səbəb olub. Dənizdə iki dəfə 5-ci kateqoriyaya yüksələn, lakin 3-cü kateqoriya olaraq Florida sahillərinə vuran Milton qasırğası bütün ştatda güclü külək və yağışlar gətirdi və dağıntılara səbəb olan çoxlu tornadoların yaranmasına səbəb oldu.
Seçilən
2
1
7news.az

2Mənbələr