AZ

Muslera vətənində klub satın aldı!

''Qalatasaray''ın oynayan əfsanəsi Fernando Muslera ilə bağlı son dönəmlər maraqlı xəbərlər gəlir.

Bir müddət öncə onun ailə üzvlərindən birinin səhhəti ilə bağlı problemi yarandığı və bu üzdən təcrübəli qapıçının ''Cim-Bom''la müqaviləni yeniləməyəcəyi, gələn yay klubdan ayrılacağı ilə bağlı şayiələr peyda olmuşdu. Deyəsən Musleranın vətəninə dönmək üçün daha bir səbəbi yaranıb. Belə ki, 38 yaşlı qapıçı Uruqvayın 3-cü liqa təmsilçisi ''Sportivo Bella İtaliya''nı satın alıb. Ailəsi də Uruqvayda yaşayan Muslera yaranmış fasilədən istifadə edərək vətəninə yollanıb və klubu satın alma prosesi ilə bağlı bütün işləri başa çatdırıb.

Musleranın ''Kasımpaşa'' ilə 3:3 başa çatan matçın ardından etdiyi ''az qaldı'' paylaşımının sirri də belə çözülmüş oldu. O, vətəninə yollanaraq uşaqlarını görmək və qeyd olunan klubun sahibinə çevrilmək üçün zamanın gəlməsini gözləyirmiş. ''Sportivo Bella İtaliya'' hazırda Uruqvayın 3-cü liqasının A qrupunda 15 xalla 3-cü pillədə qərarlaşıb. Artıq yeni dönəmə qədəm qoymağa hazır olduğunu göstərən Musleranın ''Qalatasaray''dakı gələcək taleyi isə qeyri-müəyyəndi. Muslera bu ilin aprelində yeni ''1+1'' illik müqaviləyə imza atmışdı. Yəni cari mövsümün sonunda hər iki tərəf anlaşsa, şərti müqavilə qüvvəyə minə bilər. Amma Muslera bununla bağlı rəhbərlikdən gələn ilk təklifi geri çevirdiyi üçün ''Qalatasaray'' artıq yeni qapıçı axtarışlarına başlayıb.

Hərçənd iddia olunurdu ki, Muslera karyerasını bitirdikdən sonra da Türkiyədə yaşamaqda davam edərək İstanbul nəhəngində yönətici kimi çalışacaq. Amma son yaşananların ardından böyük ehtimalla Muslera gələn yay birdəfəlik ''Qalatasaray''la vidalaşaraq vətəninə qayıdacaq.

ƏLİ

Seçilən
34
football-plus.az

1Mənbələr