AZ

Romada kritik görüş: Zelenski "Qələbə planı"ni izah etdi

Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni Romada "Qələbə planı"nı müzakirə ediblər. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Zelenski Avropa turu çərçivəsində öncə Londonda, daha sonra Parisdə görüşlər  keçirib. Daha sonra Romaya gələn Zelenski tarixi "Villa Pamphili" iqamətgahında rəsmi mərasimlə Meloni tərəfindən qarşılanıb.

Görüşdən sonra kameralar qarşısına keçən iki lider gecə mətbuata açıqlama veriblər.

Ukraynaya verilən dəstəyin davam edəcəyini vurğulayan Meloni bildirib ki, dinc sülh masası üçün prosesə beynəlxalq aktorların da daxil edilməsi vacibdir:

"Dəstəyimizin məqsədi Ukraynanı sülh masası quracaq vəziyyətə gətirməkdir. Bu, bir çox insanın qorxaqcasına irəli sürdüyü kimi təslim olmaq mənasını verməyəcək bir sülh masasıdır. Bura hərbi dəstək və enerji məsələləri də daxil olacaq. Biz Zelenski ilə Moskvanı bir masa ətrafında oturmağa və etibarlı danışıqlar aparmağa inandıra biləcək beynəlxalq aktyorların cəlb edilməsinin vacibliyi barədə razılaşdıq".

Baş nazir Meloni 10-11 iyul 2025-ci il tarixlərində Romada Ukraynanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcəklərini də açıqlayıb.

Gülşən Şərif

Seçilən
43
bakivaxti.az

1Mənbələr