AZ

Livanı dağıdandan sonra tikmək planı

Birləşmiş Ştatlar Livanın yenidən qurulmasında ona dəstək vermək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib: “Livanlılar öz dövlətlərinin necə bərpa olunduğunu, gücləndiyini, vətəndaşlarının həyatı üçün məsuliyyət daşıdığını nəhayət görmək istəyirlər. Buna nail olmağın yollarından biri də prezidentin seçilməsidir”. Blinken bunu  Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının Vyantyanda keçirilən illik sammitində mətbuat konfransı zamanı bildirib və əlavə edib ki, məsələyə livanlılar özləri qərar verməlidirlər. Blinken xatırladıb ki, Livanda prezident vəzifəsi iki ildir boşdur.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
30
konkret.az

1Mənbələr