AZ

COPa hazırlıq Konfransında Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazandı

11 oktyabr 2024-cü il tarixində COP29 Sədrliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı əlaqəyə həsr olunmuş Pre-COP-un paralel tədbiri keçirildi. Tədbirə üzv ölkələrin hökumət nümayəndələri, BMT agentlikləri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri qatılaraq su qıtlığı, ərzaq çatışmazlığı və torpaq deqradasiyası kimi iqlimlə əlaqəli təhdidlərin beynəlxalq sülh və sabitliyə neqativ təsiri və bu sahədə qlobal həllərin vacibliyini müzakirə etdilər.

COP Sədrliyinin Baş müşaviri, səfir Elşad İsgəndərov iqlim dəyişikliyini"münaqişə təhlükəsini artıran amil" kimi təqdim edərək onun milli resurslar və məcburi köçkünlük üzərindəki mənfi təsirlərini vurğuladı. O, COP29-un sədrliyinin bu sahədə konkret həlləri nəzərdə tutan təşəbbüslərini, o cümlədən İqlim və Sülh Fəaliyyəti üzrə Bakı mərkəzinin konsepsiyasının  təqdim edti. Həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükəsizliklərinin qarşısının alınması sahəsində əməli addmları ehtiva edən Bakı İqlim Üçün Sülh Çağırışının ilkin layihəsi də müzakirə üçün təqdim edildi.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Almaniya, Uqanda, İrlandiya və Qırğızstanıın nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan sədrliyinin bu təşəbbüslərinin gələcəyin təhdidlərinə qarşı əməlii addımlar kimi yüksək qiymətləndirərək, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə etdilər. 

Eyni zamanda, tədbir iştirakçılarına 15 noyabr 2024-cü il tarixində keçiriləcək COP29 İqlim, Bərpa və Sülh (PRR) Gününün məqsədləri haqqında məlumat verildi. Bu günün məqsədi iqlim dəyişikliyi və sülh arasındakı əlaqə üzrə tədbirlərin irəlilədilməsidir. Müzakirələrdə COP29 Sülh günündə uğurlu birgə nəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi də qeyd edildi.

 

Seçilən
91
7
xalqqazeti.az

8Mənbələr