Almaniya millisinin sabiq futbolçusu Mesut Özilin Bakıya səfərinin səbəbi müəyyənləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan professor İrfan Gündüz mətbuat konfransında bildirib.
O, Türkiyədə Mesut Özil Futbol Akademiyasını qurmaq istədiklərini və bununla bağlı Bakıda görüşlər keçirdiklərini söyləyib:
"Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik".