Körfəz ölkələri İranla əlaqələr vasitəsilə regionda müharibədən qaçmaq istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə AFP yazıb. Nəşr yazır ki, körfəz ərəb ölkələri İranla münasibətlərini gücləndirib. Onlar Tehranı İsraili dəstəkləməyəcəklərinə və bununla da Yaxın Şərqdəki münaqişədə iştirakdan yayınacaqlarına inandırmağa çalışırlar.
Qeyd olunur ki, Körfəz ölkələri Yaxın Şərqdəki münaqişəyə cəlb edilməməyə çalışır və “İsrailin öz hava məkanından heç bir hücum üçün istifadə etməməsinə” diqqət yetirir.
Xuraman Etibarlı
İnterpress.az