AZ

Məşhur boru şirkəti məhkəmə qarşısında

Plastik, pvc və polietilen borularının satışını həyata keçirən "Pro Pipe" şirkəti inzibati məsuliyyətə cəlb edilib. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 421-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edilib. 

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. 

421-ci maddədə vəzifəli şəxslərin 600 manatdan 700 manatadək, hüquqi şəxslərin isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Hüseyn

Seçilən
36
valyuta.az

1Mənbələr