AZ

“Milton” qasırğasının vurduğu ziyan açıqlanıb

"​Milton” qasırğasından sonra ABŞ-nin Florida ştatına dəyən zərər təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər. Bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

Prezident qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.

"Mən istəyirəm ki, qasırğadan təsirlənən ərazilərdəki hər kəs bilsin ki, biz asayişi bərpa etmək və evlərinizə qayıtmağınıza kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – Ağ Ev rəhbəri əlavə edib.


www.anews.az
Seçilən
0
5
anews.az

6Mənbələr