"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
QOL.az xəbər verir, komanda Samsunda Türkiyə millisinin qonağı olub. İrfan Kahveçinin 69-cu dəqiqədə vurduğu qol meydan sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.
Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Edvin Kuç 69-cu dəqiqədə “Qarabağ”lı Marko Yankoviçlə əvəzlənib.
Qeyd edək ki, 3 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Türkiyə yığması isə 7 xalla qrup lideridir.