Rusiya Ukraynanın şərqində işğal etdiyi ərazilərdəki müəssisələrin bazasında İranın “Şahid” dronlarının istehsalını təşkil etməyi nəzərdən keçirir. Bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi mənbələrə istinadən bildirib.
Qeyd olunur ki, zərbə dronlarının istehsalını yer altında aparmağı və yığıma peşə məktəbi tələbələrini cəlb etməyi planlaşdırırlar. Plana əsasən, sözügedən ərazilərdəki istehsalat dronların buraxılış poliqonlarına çatdırılma müddətini sürətləndirməlidir. Məlumatda bildirilib ki, hazırda dronların yığılması və yerləşdirilməsi üçün son yerlər nəzərdən keçirilir.
Mətləb