AZ

Bu yolda sürət həddi 20 km/saat endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, bununla bağlı Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Seçilən
19
49
sfera.az

10Mənbələr