Rusiyanın Volqaqrad vilayətində azərbaycanlı kişi ilə rusiyalı qadının nikahı ləğv edilib.
Hurriyyet.az bildirir ki, lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı rusiyalı qadın və 44 yaşlı azərbaycanlı kişinin nikahı bu il martın 22-də baş tutub. Prokuror iddia ərizəsində Volqoqrad sakini ilə Azərbaycan vətəndaşı arasında münasibətlərin uydurma olduğunu göstərib.
Məhkəmədən bildirilib ki, cütlük ailə qurmaq niyyətində olmayıb. Bu nikah əcnəbinin kvota, habelə Rusiya vətəndaşlığını nəzərə almadan müvəqqəti yaşamaq icazəsi alması üçün nəzərdə tutulub.
Məhkəmədə münasibətlərin uydurma olması müttəhimlərin yazılı sübutları və əlyazma izahatları ilə təsdiqlənib. Traktorozavodsk rayon Məhkəməsi nikahı etibarsız sayaraq vətəndaşlıq qeydiyyatını ləğv edib.