AZ

Səfirə və həyat yoldaşına hücum edən şəxs saxlanıldı – Belçika prokurorluğundan açıqlama

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və onun həyat yoldaşına hücum edən cinayətkarlardan biri saxlanılıb.

“AzPolitika” xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.

“Mən təsdiq edə bilərəm ki, bir nəfər Azərbaycan səfirini vəhşicəsinə soymaqda ittiham olunaraq həbsdədir. Hazırda daha çox təfərrüat açıqlaya bilmərik”, – Brüssel prokurorluğunun sözçüsü Amauri Verhustraten deyib.

Hücum avqustun 5-də baş verib. Diplomat və həyat yoldaşı səhər saatlarında evlərini tərk edərək Brüsseldə Luiza prospekti ilə gəzərkən skuterdə gəzən iki cinayətkarın hücumuna məruz qalıblar.

Soyğunçulardan biri tapança ilə cütlüyün başına zərbələr endirib, bundan sonra o, 90 min avro dəyərində olan “Rolex” saatını oğurlayaraq qaçıb. Hücum nəticəsində səfirin həyat yoldaşı ağır xəsarətlər alıb və çoxlu qan itirib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bu işdə şübhəli bilinən azyaşlı əvvəllər də saxlanılıb. Lakin istintaq müəyyən edib ki, cinayətkarlardan biri günahı onun üzərinə atmağa cəhd edib. Azyaşlı 12 gündən sonra sərbəst buraxılıb. İkinci cinayətkar hələ də saxlanılmayıb.

Səfir hadisədən sonra açıqlamasında mediada qeyd olunan oğurlanmış saatın qiymətinin xeyli şişirdildiyini və 90 min avro təşkil etmədiyini qeyd edib.

“AzPolitika.info”

Seçilən
24
2
azpolitika.info

3Mənbələr