AZ

"Qalatasaray"ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı

"Qalatasaray" klubunun iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Monteneqroya qalib gəldikləri (1:0) III tur matçında zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb.

 

Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Seçilən
35
6
sfera.az

8Mənbələr