AZ

Xarici ölkələrə pul köçürmələrinə nəzarət gücləndirilir VİDEO

Azərbaycandan xarici ölkələrə pul köçürmələrinə nəzarət gücləndirilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi, siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, İqtisadi Şuranın son iclasında müzakirə edilən məsələlərdən biri də məhz Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub.

Millət vəkili bildirib ki, bu səbəbdən də xaricə pul köçürmələrinə nəzarətin gücləndirilməsi daha da aktuallaşıb.

Deputat əlavə edib ki, bu ilin ilk 7 ayında ölkənin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

phrase_var_article.chosen
144
2
xezerxeber.az

3phrase_var_article.sources